İstirahət
Sanatoriyada istirahət axşamları kifayət qədər əyləncəli keçir: dincələnlər təşkil olunan konsertlərdə fəal iştirak edir, müxtəlif viktorina və yarışlarda isə yumor hissini, fantaziya və biliklərini nümayiş etdirərək zövq alırlar. Yayda qeyd olunan Neptun bayramının şahidi olanları unudulmaz təəssürat əldə etmiş olur.
Sanatoriya ziyarətçilərinə qədimlik, azad memarlıq düşüncəsi və cəsur arxitektur qərarların həmahəng gəldiyi Bakı şəhərinə ekskursiya etmək təklif olunur: qayaüstü təsvirləri ilə məşhur olan, e.ə. 8-7 minilliklərə aid Qobustan qoruğu; əfsanəvi Neft Daşları; Parisin Eyfel qülləsi və Romanın Kolizeyi kimi şəhərin rəmzinə çevrilmiş XII əsrə aid Qız qalası; əsrarəngiz Bakı bulvarı; hamar səthləri və naxışlı divarları daş kitablar tək Azərbaycan xalqının yaradıcı dahiliyini və orijinallığını təsvir edən Şirvanşahlar sarayı.
Maraqlı ekskursiyaların bəxş etdiyi müsbət emosiyalar sanatoriya pasientlərinə müvəffəqiyyətli müalicədə və istirahət edənlərə güclərin bərpasında kömək edəcək. Sonda buranı gümrah, sağlam və enerjili tərk edən hər bir kəs Xəzər dənizinin sahilində yerləşən Bilgəh adlı möhtəşəm kurortu hələ uzun müddət xatirələrində saxlayacaqdır.